Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İ. Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Gürcüstan müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Zakir Həsənov Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.
Öz növbəsində, İ. Alasaniya Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.