Zakir Həsənov: “Siz orduya yeni nəfəs gətirməlisiniz”
24 iyun 2014 10:32 (UTC +04:00)

Zakir Həsənov: “Siz orduya yeni nəfəs gətirməlisiniz”

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının buraxılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, buraxılış mərasimində AAHM, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, habelə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.

 

Mərasim AAHM-in döyüş bayrağının sıra meydanına gətirilməsi və Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qeyd edib ki, bu gün Silahlı Qüvvələrin tarixində əlamətdar gündür: «Bu gün ordu quruculuğu dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Hərbi büdcəmiz ilbəil artır, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır».

 

Məzunları və valideynləri təbrik edən nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli silahlı qüvvələrimizin vəziyyətindən asılıdır: «Siz orduya yeni nəfəs gətirməlisiniz. Düşmən bilməlidir ki, siz onlardan güclüsünüz».

 

Nazir qeyd edib ki, prezidentin “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!” bəyanatı Silahlı Qüvvələrin devizidir.

 

«Düşmən bugünkü reallıqla, güc-qüvvə balansı ilə razılaşmalıdır. Atəşkəsdən 20 il keçməsinə baxmayaraq, cəbhədə atəşkəs pozulur. Postlarımız, yaşayış məntəqələrimiz atəşə tutulur. Ermənistan kəşfiyyat-diversiya qrupları mövqelərimizə basqın eləmək istəyir, onların cəhdləri əsgərlərimiz tərəfindən əvvəlcədən aşkarlanır və tədbirlər görülür. Düşmən itkilər verir», - deyə Z. Həsənov vurğulayıb.

 

Nazir məzunlara tövsiyələrini də verib: «Xalqımıza, millətimizə, dövlətimizə şərəflə xidmət etməlisiniz. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs borcu var: erməni işğalında olan torpaqlarımızı azad etmək. Bunu edəcəyik!»

 

Daha sonra müdafiə naziri təhsildə fərqlənən məzunlara diplomları təqdim edib.

 

Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan prezidenti tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları bildirilib.

 

Məzunlar sonda hərbi məktəbin yaş kötüyünə simvollar vurublar.

# 1258
avatar

Oxşar yazılar

Ağac kəsən azərbaycanlı həbs olundu

Ağac kəsən azərbaycanlı həbs olundu

1 mart 2024 , 11:45
Gəncədə maşın piyadanı vurub ÖLDÜRDÜ

Gəncədə maşın piyadanı vurub ÖLDÜRDÜ

1 mart 2024 , 11:27
395 nəfərin Azərbaycandan çıxışına icazə verilmədi

395 nəfərin Azərbaycandan çıxışına icazə verilmədi

1 mart 2024 , 11:12
Axtarışda olan 105 nəfər saxlanıldı

Axtarışda olan 105 nəfər saxlanıldı

1 mart 2024 , 11:09
Sərxoş sürücülər TUTULDU

Sərxoş sürücülər TUTULDU

1 mart 2024 , 10:51
Polisdən xüsusi ƏMƏLİYYAT:   42 kq narkotik...

Polisdən xüsusi ƏMƏLİYYAT: 42 kq narkotik...

1 mart 2024 , 10:24
Astarada evdən meyit TAPILIB

Astarada evdən meyit TAPILIB

1 mart 2024 , 10:06
Masallıda maşın velosipedçini vuraraq ÖLDÜRDÜ

Masallıda maşın velosipedçini vuraraq ÖLDÜRDÜ

1 mart 2024 , 09:48