Yük avtomobillərinin təkəri yandı - BAKIDA
10 yanvar 2016 10:32 (UTC +04:00)

Yük avtomobillərinin təkəri yandı - BAKIDA

Bu gecə Bakının müxtəlif hissələrində bir neçə yanğın hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus evə bitişik ümumi sahəsi 9 kv.m olan dəmirdən ibarət toyuq hininin tavanının yanar konstruksiyaları və içərisində 2 ədəd yük avtomobilinin təkərləri yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 03:39-da söndürülüb.

 

Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219

Oxşar yazılar