Yanvarın 17-i saat 15 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Sabirabad rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Həsənov idarə etdiyi «Mercedes» markalı avtomobillə Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Alqayıt Mirzəyevi vurub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Bundan başqa həmin gün ölümlə nəticələnən daha bir qəza olub. Belə ki, Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rauf Atakişiyev idarə etdiyi "Lada-Priora" markalı avtomobillə 1948-ci il təvəllüdlü Antonina Kuznetsovanı və 2007-ci il təvəllüdlü Ariana Kuznetsovanı vurub. Nəticədə, Antonina Kuznetsova hadisə yerində ölüb, Ariana Kuznetsova isə xəstəxanaya yerləşdirilib.