Yol Polisi İdarəsinin qarşısında piyadanı öldürdü
27 mart 2019 11:08 (UTC +04:00)

Yol Polisi İdarəsinin qarşısında piyadanı öldürdü

0
 
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qarşısında qeydə alınıb. Tovuz rayon sakini Əli Nuriyev idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçən, 1969-cu il təvəllüdlü Malik Cəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar