Yol mədəniyyəti təbliğ olunur
06 avqust 2015 13:29 (UTC +04:00)

Yol mədəniyyəti təbliğ olunur

0

“Davamlı İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yol mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlər həyata keçirilir.

 

Lent.az-ın verdiyi məlumata görə, layihə Bakı və regionlarda yerli əhali, xüsusilə gənclər tərəfindən yol mədəniyyətinin təbliğ olunması və bu sahədə baş verən çatışmamazlıqların aradan qaldırılmasında onların imkanlarından istifadə edilməsini nəzərdə tutur.

 

Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində icra olunana layihə çərçivəsində yol mədəniyyətinin inkişafı və yol təhlükəsizliyi haqqında maarifləndirmə tədbirləri,  ictimai aksiyalar təşkil olunub. Tədbirlərdə iştirakçılara yol mədəniyyəti, yollardakı qaydalara düzgün əməl olunması, onların təbliğ olunmasında gənclərin rolu barədə məlumatlar verilib, onların təklifləri öyrənilib. Layihə çərçivəsində yol mədəniyyətinin təbliği məqsədilə velosiped yürüşləri və digər aksiyalar da təşkil edilib. Tədbirlərdə əsasən gənclər iştirak ediblər.

 

Qeyd edək ki, BMT-nin 2011-2020-ci illər üzrə Qlobal Yol Təhlükəsizliyi tədbirlərində Azərbaycanın aktiv rolunun təbliğ edilməsi məqsədilə Birlik tərəfindən əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar