Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü işdən çıxarıldı
Sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan video dərhal nəzarətə götürülüb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib. Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib.
40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Bir daha qeyd edirik ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.
619