Yığmamızın bu idmançısı İspaniyanın məşhur klubunda
Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov karyerasını İspaniyada davam etdirəcək.
APA-nın məlumatına görə, 25 yaşlı blokçu “Almeriya” ilə müqavilə imzalayıb.
Milliləşdirilmiş blokçu ən azı 1 il bu komandada çıxış edəcək. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqavilə müddəti artırıla da bilər.
Qeyd edək ki, Azərbaycan “Lokomotiv”i ilə ölkə çempionu olan D.Baranovun yeni komandası bu mövsüm “Çelenc Cup”da da oynayacaq.
605