Yevlaxda üç maşın toqquşdu, biri yandı
11 may 2017 00:50 (UTC +04:00)

Yevlaxda üç maşın toqquşdu, biri yandı

0

Yevlaxda yanğınla nəticələnən yol qəzası qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “VAZ”, “Mercedes” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar