
Yevlaxda polislərə müqavimət göstərən şəxs tutuldu
Yevlax rayonunda narkotik tərkibli bitkilər əkən şəxs soyuq silahla polislərə müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub. Mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.
Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o zərərsizləşdirilərək tutulub.
Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB
4 mart 2025 , 20:22
Acun Ilıcalı və Sadettin Sarana qarşı iddianamə hazırlandı - Qanunsuz mərc oyunlarına görə
4 mart 2025 , 19:44
Ağdamda evdən meyit tapıldı
4 mart 2025 , 19:43
Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09