
Yevlaxda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı
Bu gün saat 12:46-da Daxili İşlər Nazirliyinin (DİN) “102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 14:44-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Lent.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38
9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı
6 iyun 2025 , 17:50
Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY
6 iyun 2025 , 15:55
Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən yıxıldı
6 iyun 2025 , 13:50
Şamil Basayevin dəstə üzvlərinə HÖKM OXUNDU
6 iyun 2025 , 13:05
Polis rəisi və jurnalist həbs edildi
6 iyun 2025 , 12:41
İki erməni Azərbaycan ərazisinə keçdi - İDDİA
6 iyun 2025 , 12:30