Yevlaxda ağır qəza: [b]2 ölü[/b]
21 avqust 2014 18:34 (UTC +04:00)

Yevlaxda ağır qəza: [b]2 ölü[/b]

0
 Yevlax rayonunda ağır yol qəzası baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bakı - Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonunun Nemətabad kəndindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Mahir Həmid oğlu Atayevin idarə etdiyi 10 DN 055 dövlət nömrə nişanlı “MİTSUBİSHİ” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb.

 

Qəza zamanı avtomobildə olan sərnişinlər - 1957-ci il təvəllüdlü Göyçay rayon sakini, Zərifə Məhəmməd qızı Əlirzayeva və 1956-cı il təvəllüdlü Ucar rayon sakini Mahmud Həmid oğlu Atayev dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zərnişan Məhəmməd qızı Əlirzayeva , 2007-ci il təvəllüdlü Aysu Cabir qızı Bağırova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1292

Oxşar yazılar