Oktyabrın 14-də Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib. Lent. az-ın məlumatına görə,
prezident İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtın yol infrastrukturu tamamilə yenidən qurulur, müasir körpülər və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, yeni parklar və xiyabanlar salınır, şəhərdə nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırıb
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib.