Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib.
Məlumata görə, rayonun Maşxan kənd sakini, 2004-cü il təvəllüdlü Şəlalə Emin qızı Quliyeva yanvarın 6-da saat 15.00 radələrində həyətdə yelləncəkdə oynayarkən yelləncəyin ipi qəfildən boğazına dolaşaraq onu boğub. 9 yaşlı qız boğularaq ölüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.