Yatdığı kişini qarət etdi
20 avqust 2014 13:02 (UTC +04:00)

Yatdığı kişini qarət etdi

0

 

Bakı sakini qarət edilib. Sabunçu Rayon Polis İdarəsindən vesti.az-a verilən xəbərə görə, İlyas Məmmədov (ad etik normalara görə dəyişdirilib-red) 14-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən gecə pul müqabilində qadınla tanış olub. Cütlük birlikdə Bilgəh qəsəbəsində yerləşən “Jumeirah” otelinə yollanıb.

 

Yuxuya getmiş Məmmədov oyandıqda qadını yanında görməyib. Həyat qadını Məmmədovun 1000 manat pul və mobil telefonunu da oğurlayıb.

 

Qarətdə şübhəli bilinən qadının kimliyi müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1936

Oxşar yazılar