Bakı şəhərinin Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ümid Əkbərov küçəsi 84 ünvanında 1980-ci il təvəllüdlü Əkbərov Ramin Talışxan oğlu həmyaşıdı 1980-ci il təvəllüdlü Salamov Etibar Kəmaləddin oğlunu bıçaqlayaraq qətlə yetirib.
R.Əkbərov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.