Üzüm yarpağı bu cür bağlanarsa... <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
21 may 2019 12:19 (UTC +04:00)

Üzüm yarpağı bu cür bağlanarsa... Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Bu gün Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə Lent.az-ın əməkdaşına üzüm yarpağını sonra istifadə etmək üçün, bağlamağın bir neçə üsulunu izah edir:
 
"Azərbaycan mətbəxinin dadlı təamlarından olan yarpaq dolması üçün yarpaq aprelin sonları mayın əvvəllərində tədarük olunmalıdır. Çünki bu aylarda yarpaq daha zərif, xırda və dadlı olur. 
 
Yarpaq bağlamağın qaydası:
 
Yarpaq 3 üsulla tədarük edilir. 
 
1-ci üsul yarpağın dondurucuda saxlanmasıdır. Bunun üçün  yarpaqları dəstələyib bir bişirimlik paketləyirəm. Bu zaman diqqət etmək lazımdır ki, əgər yarpaqları qoyduğunuz yerdən tərpətməyəcəksinizsə onu bir neçə qat  buz dolabı paketinə yerləşdirib qoymaq olar. Çünki yarpaq zərif olduğu və donduğu üçün biz onu  o tərəf bu tərəfə çəkəndə yarpaqlar qırılır. Bunun qarşısını almaq üçün yarpaqları bir qutuya yerləşdirib dondurucuya qoysaq belə hallarla üzləşmərik. 
 
2 ci üsul yarpaqları  dəstələyib  bankaya yerləşdirirəm və heç nə əlavə etmədən bağlayıram. Burda diqqət etmək lazımdır ki, bankanın  qapağı təzə olsun ki,  hava çəkməsin.
 
3-cü üsul bir qazanda qaynamağa su qoyuram 2 litr suya 1 xörək qaşığı duz atıram. Bir tərəfdə də yarpaqları dəstələyib yığıram su qaynamağa başlayanda yarpaqları suya salıb çıxarıb bankaya yığıram dolandan sonra  qapağını germetik bağlayıb tərs çevirirəm.
 
Sağlıqla hazırlayın,şirin şirin yeyin".
 
Nuş olsun!
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5316

Oxşar yazılar