Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2010-cu il təvəllüdlü Abdullayev Orxan Novruz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.