Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub – TƏFƏRRÜAT
25 fevral 2013 12:23 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub – TƏFƏRRÜAT

 

Bu gün Qazax rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Birinci Şıxlı kəndində üzünə maska taxmış naməlum şəxs ov tüfəngi ilə kənd ərazisindəki yanacaqdoldurma məntəqəsinə hücum edib. Həmin şəxs məntəqədə operator işləyən 37 yaşlı Akif Hüseynovu hədələyərək yerə uzanmasını və pulların yerini deməsini tələb edib. Lakin A.Hüseynov özünü itirməyib və maskanı həmin adamın üzündən çıxarmağa nail olub. Tanınacağını görən maskalı şəxs silahını da götürərək qaçıb.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Birinci Şıxlı kənd sakini 51 yaşlı Oruc Mahmudov tutulub. Məlum olub ki, o yanacaqdoldurma məntəqəsinə hücum edərkən sərxoş vəziyyətdə olub.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3868
avatar

Nizam Rza

Oxşar yazılar