Lənkəranda xuliqanlıq törədən şəxs ələ keçib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.