
Xırdalan sakininin avtomobili qaçırıldı
0
0
Xırdalan sakininin avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini Ə.Məcidov iyunun 14-də şəhər ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Masazır qəsəbəsi ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ü.Zeynalov və S.Əliyev saxlanılıb.
Araşdırma aparılır.
0
0