Edvard Nalbandyan: “Görüş zərurət yaranarsa keçiriləcək”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yanvarın 28-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini təsdiqləyib. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Nalbandyan bu qərarını İrəvanda ötən ilin yekunlarına həsr olunmuş toplantıda açıqlayıb. O bildirib ki, həmsədrlərlə görüşdən sonra əgər zərurət yaranarsa, o zaman Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
Qeyd edək ki, yanvarın 29-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Lakin görüşün hansı formatda keçiriləcəyi hələlik məlum deyil. Nalbandyan görüşün yalnız zərurət yaranacağı təqdirdə keçirilə biləcəyinə deyib.