
Bakıda avtomobillə vurulan piyada öldü
0
0
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza iyunun 19-da saat 8 radələrində rayonunun Binə qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlarında olan qadını vurub. Piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
0
0