Bu gün Xəzər dənizində bir nəfər batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Dövlətov Mehman Elman oğlu dənizin Abşeron rayonu ərazisində, sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km aralıda batıb.
Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
M. Dövlətovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb.