Xəzər dənizində daha bir nəfər batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 21-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) 1989-cu il təvəllüdlü Bəşirov İslam Şamil oğlu çimərkən batıb. İ. Bəşirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat bu gün səhər saat 08:10-da başa çatıb.