Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzərdə bir nəfərin batmaq təhlükəsinin yaranması ilə bağlı məlumat daxil olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər sərxoş olması səbəbindən suya yıxılaraq batmaq təhlükəsi ilə üzləşib.
Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.