İmişli rayonunda gənc qız intihara cəhd edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 25-də İmişli rayonunun Məhəmmədli kənd sakini (S.A) intihar məqsədi ilə özünü Araz çayının üzərindəki körpüdən suya atmağa cəhd göstərib. Əraziyə qızın qohumları və İmişli RPŞ-nin əməkdaşı gəliblər. Aparılmış söhbətlərdən və psixoloji cəhdlərdən sonra qızı fikrindən daşındırmaq mümkün olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı S.A bir müddət əvvəl ailə həyatı qurub. Lakin o həyat yoldaşının başqa qadınla əlaqə saxladığını, görüşdüyünü öyrənib. Həyat yoldaşı daha evə gəlmədiyini görən qız nəhayət özünü öldürmək qərarına gəlib.
Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.