Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar fevralın 22-də gün ərzində Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.