Xətai rayonunda iki qəza, 4 yaralı
24 fevral 2013 13:05 (UTC +04:00)

Xətai rayonunda iki qəza, 4 yaralı

0

Ötən gecə Bakının Xətai rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisələr barədə nazirliyin “112” telefon xəttinə məlumat daxil olub.

 

Məlumata görə, "MG" markalı minik avtomobili yol kənarındakı daş hasara çırpılması nəticəsində sürücü xəsarət alıb.

 

Eyni rayonda baş vermiş digər qəzada isə 3 nəfər yaralanıb. Hadisə "KaMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

 

Minik avtomobilində olan 3 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar