İyulun 30-da Neftçala rayon Qaraqaşlı kənd sakini Zürriyyət Əsgərovun yaşadığı evdən döş qəfəsindən və qol nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs izahatında öz-özünə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirməsini bildirməsi barədə verilmiş məlumatla əlaqədar iyulun 31-də cinayət işi başlanıb.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş xalası oğlu Amid Axundov tutulub. Ondan, hadisə törədilərkən istifadə edilmiş “MS-2112” markalı ov tüfəngi götürülüb.