Keçmiş məhkumdan silah götürüldü
21 iyun 2019 14:06 (UTC +04:00)

Keçmiş məhkumdan silah götürüldü

0
Xaçmaz sakinindən odlu silah və narkotik götürülüb.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
 
Bildirildiyinə görə, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının Ləcət kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1695

Oxşar yazılar