Sentyabr 26-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsis edilməsinin 22-ci il dönümüdür. Sabah saat 14:00-da partiyanın mərkəzi qərargahında VHP-22 il dönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə Lent.az-a partiyanın icra aparatının rəhbəri Samir Əsədli məlumat verib. Onun dediyinə görə, partiya yarandığı gündən bir şüarı olub: “Nicаtımız – Vətəndаş Həmrəyliyindədir!” və bu gün də həmin idеоlоji хəttini dаvаm еtdirilir.
Xatırladaq ki, VHP-nin sədri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır. Partiya 2013-cü il prezident, 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak edib. Bütün çağırışlarda Milli Məclisdə təmsil olunub. Hazırda Milli Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda respublikanın 80 rayonunda təşkilatı fəaliyyət göstərir.