Vəzifəli şəxsin arvadını öldürənin şikayəti təmin edilmədi
27 noyabr 2014 11:22 (UTC +04:00)

Vəzifəli şəxsin arvadını öldürənin şikayəti təmin edilmədi

Sumqayıt Apelyasiya Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşını öldürməkdə ittiham olunan Əlaqif Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Əlaqif Abbasovun şikayəti təmin edilməyib. Onun barəsindəki ömürlük həbs cəzası qüvvədə qalıb.

 

Qeyd edək ki, ötən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq öldürülüb.

Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib.
Bundan əlavə onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlaqif Abbasov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlaqif Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və həmin cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932
avatar

Səlcuq Elçin

Oxşar yazılar