Şabran rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Məstanov Natiq Müzəffər oğluna cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, icra məmuruna Cinayət Məcəlləsinin 312.1-ci (Rüşvət vermə) maddəsi ilə ittiham verilib. Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şabran rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Çingiz İsgəndərovun icraatında araşdırılacaq, məhkəmənin hazırlıq iclası martın 4-ə təyin edilib.