Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
15 mart 2019 11:53 (UTC +04:00)

Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Toğrul Cavadov barəsində cinayət işi başlanıb.
 
ONA-nın əldə etdiyi xəbərə görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nazirliyi Xidmətinin müfəttişliyi tərəfindən Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində aparılmış yoxlamalarla müəyyən edilib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib.
 
Eyni zamanda müəyyən edilib ki, şöbənin müdiri T. Cavadov tərəfindən iş həcminin şişirdilməsi hesabına artıq əmək haqqı ödənişləri edilib.
 
Buna görə də T. Cavadova qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 
Məhkəmənin qərarı ilə T. Cavadov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21