Vergidən yayınan şirkət rəhbəri Azərbaycandan qaçıb
08 avqust 2015 13:59 (UTC +04:00)

Vergidən yayınan şirkət rəhbəri Azərbaycandan qaçıb

0
Azərbaycan vergidən yayınan daha bir iş adamını beynəlxalq axtarışa verib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 52 yaşlı Azər Rəhimov Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə ittiham olunur. A. Rəhimov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, A. Rəhimov “Energo Kompleks” MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar