Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi başa çatıb. Bu barədə Lent .az-a Vergilər Nazirliyindən məlumat verilib. Sayca 8-ci olan bu müsabiqədə iştirak etmək üçün 2367 nəfər qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət edib, 229 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığından qəbul edilməyib, 2138 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanıb.
Birinci və iki mərhələni uğurla başa vuran 290 nəfər namizəd Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilib və tezliklə onların vakant iş yerlərinə yerləşdirilməsinə başlanacaq. Hazırda Ərazi Vergilər İdarələri və Rayon Vergilər Şöbələri də daxil olmaqla vergi xidmətində 42 vakant yer var.
Müsabiqənin hər iki mərhələsini uğurla başa vurmuş namizədlər müvafiq sənədlərini Vergilər Nazirliyinin rəsmi internet saytında göstərilmiş qrafik üzrə nazirliyə təqdim etməlidirlər.