
Uşaqlarda DAVRANIŞ POZUNTUSU necə yaranır?
Sevgidən, qayğıdan əziyyət çəkən uşaqlarda ciddi psixopatoloji problem yaranır.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpələrə qarşı diqqətsiz münasibət onların yetkinlik yaşlarında müxtəlif problemlərə gətirib çıxarır.
Valideynlər bilməlidir ki, uşaqlara vaxt aymamaq gələcəkdə ciddi psixoloji səbəblərə yol aça bilər. Mütəxəssislərin qənaətinə görə, hətta uşaq ana bətnindəykən artıq onunla nəvazişlə davranmaq lazımdır.
Psixopatoloji problemə səbəb nədir, necə ortaya çıxır?
Psixopatoloji problemə genetik ekoloji və ailə təsirləri də səbəb ola bilər. Məsələn, autizm, təcavüz, əhvalın olmaması, yuxusuzluq, hiperaktivlik, intihar aktları - bunlar hamısı uşaqlıq psixopatoloji problemlərindən əmələ gəlir.
Bu xəstəliklər vaxtında müayinə edilib, müalicəsi aparılmalıdır. Xəstəlik nə qədər tez aşkar edilərsə, müalicəsi də bir o qədər asan olar. Ana ilə körpə arasında sağlam dostluq münasibəti olmadığında utancaqlıq, qorxu və təcavüz kimi davranış pozğunluqları ortaya çıxır. Bu gün hər bir problemin keçmişə bağlı təməli var.
Körpələri necə qorumaq olar?
Valideynlər uşaqlarına vaxt ayırmalı, boş vaxtlarında onlarla söhbət etməli, problemlərini birlikdə həll etməyə çalışmalıdır. Onların kimlərlə dostluq etdiyini diqqətdə saxlamalıdırlar, lakin bunu edərkən uşaqları sıxmaq, təzyiq göstərmək olmaz.
Oxşar yazılar

Bank kartlarından 27 min manatdan çox pul oğurlandı
2 may 2025 , 10:05
Bakıda qadın sürücü Nərimanov heykəlinin yanında kişini vurub öldürdü
2 may 2025 , 09:23
Gədəbəydə 49 yaşlı qadın bıçaqlandı - YENİLƏNİB
1 may 2025 , 22:53Ağdamda 3 otaqlı ev yandı-VİDEO
1 may 2025 , 20:17
Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı
1 may 2025 , 19:32
Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA
1 may 2025 , 18:12
“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU
1 may 2025 , 16:52