Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə azyaşlı uşağın əl barmağında dəmir halqa sıxılmış vəziyyətdə qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə Regional Mərkəzin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə azyaşlının əl barmağında sıxılmış dəmir halqanı kəsərək çıxarıblar.
Əməliyyat saat 00:27-də başa çatıb.