Universitet tələbələri ödənişsiz əməliyyat olundu
Tədris Cərrahiyyə Klinkasında keçirilən aksiyadan Qarabağ qazilərinin ailələri də yararlanıb.
Lent.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə universitetdə təhsil alan tələbələr aprelin əvvəllərindən etibarən ödənişsiz müayinə olunubrlar. Tələbələr arasında müayinə məqsədilə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edənlərin sayı demək olar ki, daha çoxdur. Klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun verdiyi məlumata görə, 16 gün ərzində 595 tələbə tam müayinə olunub:
“Rektor, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə müayinə olunan tələbələr arasında Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid və valideyin himayəsindən məhrum olmuşların övladları isə bu gün keçirilən aksiyada ödənişsiz əməliyyat olunublar”.
Dünya şöhrətli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olması münasibəti ilə aprelin 26-da keçirilən aksiyada 14 tələbə əməliyyat olunub. Onlar arasında refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astikmatizm, qarışıq astikmatizm olan xəstələr üstünlük təşkil ediblər.
Q.İsmayılovun bildirdiyinə görə, xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinə olunub. Onların ən aşağı görmə qabiliyyəti 80 faiz, ən yuxarı görmə qabiliyyəti isə 100 faiz təşkil edib.
Şöbə müdiri bu aksiyanın sonuncu olmayacağını, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə də davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, bu aksiyanın tətbiq dairəsi təkcə universtetin tələbələri ilə məhdudlaşmayıb. Aksiyadan həmçinin, Qarabağ döyüşlərində iştirak edənlərin ailə üzvləri də yararlana bilib.
Aksiya zamanı Qarabağ qazisi Azər Abbasəliyevin anası Əzizə Vəlişova da gözündən əməliyyat olunub.
Qarabağ Qazisinin anası Ə.Vəlişova əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01