Bu gün Beynəlxalq Sülh Bürosunun üçillik assambleyasının, Şura və İdarə heyətinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda İdarə Heyətinin Prezidenti, BSB-nun İdarə Heyətinin və Şurasının üzvləri, Baş Katib və Beynəlxalq Sülh Bürosunun bütün üzvləri iştirak edib.
İclasda Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev də iştirak və çıxış edib. O, BSB-nin Ali Şurasının Qərbi Asiya üzrə regional təmsilçisi seçilib.
O, fəaliyyətlərinin əsas məqsədi obyektiv informasiyanın yayılması olduğunu deyib: “Lakin biz regionda sülhün inkişafı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, münaqişələrin həlli və bu istiqamətdə kütləvi informasiya vasitələrinin dəstəyi ilə inkişaf naminə sizinlə əməkdaşlığı gücləndirmək istəyirik”.