Ucarda yol qəzası yanğınla nəticələndi
01 may 2017 07:03 (UTC +04:00)

Ucarda yol qəzası yanğınla nəticələndi

0

Ucarda yanğınla nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus “Hyundai" markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar