Ucarda hamilə qadın ölüb
19 yanvar 2016 10:16 (UTC +04:00)

Ucarda hamilə qadın ölüb

 

 

Ucarda hamilə qadın ölüb.

 

Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə gecə saatlarında baş verib.

 

Rayonun Qarabörk kənd sakini 1990-cı il təvəllüdlü, 35-36 həftəlik hamilə Ziyafət Əliyusif qızı Əliyeva gecə saatlarında ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

 

Həkimlər ilkin tibbi yardım göstərsələr də, Z. Əliyeva orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar