Iyulun 31-də Azərbaycanın bir sıra rayonlarında böyük taxıl sahələri yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Gürzallar kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən 15 km aralı) kənd əhalisinə məxsus 250 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı ferma və yaşayış evləri yanğından mühafizə olunub.
Quba rayonu, Pirvahid kəndində isə (rayon mərkəzindən 17 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi və 0,5 ha quru ot yanıb. Yaxınlıqdakı meşə yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.