Kürdəmirdə ev yanıb. APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Mehdi Hüseynzadə ev 5 - də yaşayan 1961 - ci il təvəllüdlü Mahirə Xankişi qızı Şirəliyevaya məxsus bir mərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan evin 87 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.