Üç ev yandı
19 dekabr 2017 23:50 (UTC +04:00)

Üç ev yandı

0

Respublika ərazisində axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb.Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Xolqaraqaşlı kəndində ümumi sahəsi 77 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

 

Şəki rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m2 olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 4 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Hacıqabul rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otaqlında  1 ədəd  yataq dəsti  və 2 m2 sahədə döşəmə yanıb.  Evin qalan hissəsi  yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar