Türkiyənin Təhsil Nazirliyindən tələbələrin döyülməsi faktına münasibət
27 aprel 2013 14:03 (UTC +04:00)

Türkiyənin Təhsil Nazirliyindən tələbələrin döyülməsi faktına münasibət

0

Türkiyənin Təhsil Nazirliyi Anadolu Universitetində tələbələrin yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib.


 

Türkiyə Təhsil Nazirliyinin əməkdaşı, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş təhsil müşaviri Halis Koyuncuoğlu APA-ya açıqlamasında hadisənin PKK tərəfdarları tərəfindən törədildiyini deyib: “Burada bir çox tələbənin, hətta azərbaycanlı tələbənin xəsarət alması bizi narahat edir. Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanıb və inanırıq ki, yekunda günahkarlar cəzalarını alacaqlar”.

 

Qeyd edək ki, Türkiyənin Anadolu Universitetində tələbələr arasında kütləvi dava hadisəsi baş verib. Hadisəyə milli zəmində baş verib. PKK terror təşkilatının tərəfdarı olan bir qrup  tələbə “Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüstandan türkləri və faşizmi qovacağıq”’ şüarı ilə “Türk Dünyası” təşkilatının üzvü olan tələbələrin üzərinə hücum edib. Daha sonra hücum edənlərə dəstək olaraq əllərində dəmir və taxta parçaları ilə silahlanmış şəxslər qoşulub. Onlar da eyni şüarlar səsləndirərək, türk tələbələri döyüb, onlara ciddi xəsarətlər yetiriblər. Az sayda olan türk tələbələrdən 13 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların arasında Musa Əliyev adlı azərbaycanlı tələbə də var. Yaralılardan bəzilərinin də adı açıqlanıb. Bunlar ahıskalı Abuzər Süliyev, Qurban Şabanov, qazaxıstanlı Dastan Taşbayev, qırğızıstanlı Fikrət Teyfirov və krımlı İbrahim Alliçinovdur.    

 

Bundan başqa daha 8 tələbə müxtəlif dərəcəli xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar