Türkiyənin qərb sahillərində gəminin qəzaya uğraması nəticəsində 8 suriyalı qaçqın ölüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, üç nəfərin həyatını xilas etmək mümkün olub.
İlkin məlumatlara əsasən, göyərtəsində Suriya vətəndaşları olan gəmi Yunanıstana yollanırmış. Hazırda hadisənin təfərrüatları araşdırılır, ölənlərin sayı dəqiqləşdirilir.