Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirməkdə davam edir.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə, dünən axşam saatlarında Diyarbəkrdən havaya qalxan pilotsuz təyyarələr sərhəddə yerləşən Hakurk bölgəsini bombalayıb. Həmin ərazidə PKK-nın logistik bazaları yerləşir.
Bundan başqa, Metina və Haftanin əraziləri də havadan atəşə tutulub. Həmçinin, terrorçuların ölkə daxilindəki mövqelərinə də zərbələr endirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri artıq 4 gündür, PKK və İŞİD terror təşkilatlarına qarşı əməliyyatlar keçirir.