Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları bəzi istirahət yerlərində insan alveri faktı aşkarlayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Qəriblər kəndindəki "Turist" istirahət mərkəzində orada işləyən Bəhruz Abıyevin və Şıxlar kəndindəki "12-ci km" restoranında orada işləyən Miramin Cahangirovun əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.
Hər iki faktla əlaqədar araşdırmalar aparılır.